DÜNYA
ÖZBƏKİSTAN PREZİDENTİ MDB-NİN İCRAÇI KATİBİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, görüşdə MDB çərçivəsində əməkdaşlığın genişləndirilməsi, iqtisadi inteqrasiya, terrorizmə, ekstremizmə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, humanitar sahədə əməkdaşlıq və bir sıra digər məsələlər müzakirə edilmişdir.
V.Ruşaylo Özbəkistanın baş naziri Şavkat Mirziyayev və xarici işlər naziri Sadık Safayevlə də görüşmüşdür. Jurnalistlər üçün keçirilən mətbuat konfransında V.Ruşaylo bildirmişdir ki, MDB–nin rolunun yüksəlidilməsi məsələlərini müzakirə etmək üçün Orta Asiya və Qafqaz ölkələrinə səfərə çıxmışdır. O keçirdiyi görüşlər haqqında danışmış, jurnalistlərin suallarına cavab vermişdir.
V.Ruşaylo Daşkənddən Tacikistana və Qırğızıstana gedəcəkdir. Onun
Azərbaycan, Ermənistan və Gürcüstana səfəri də nəzərdə tutulur.