Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ÖZBƏKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İSLAM KƏRİMOVA

Hörmətli İslam Əbdüqəniyeviç,

Sizi yubileyiniz – anadan olmağınızın 65 illiyi münasibətilə təbrik edirəm.

Özbəkistanın dövlət müstəqilliyinin təşəkkülü və möhkəmlənməsi Sizin adınızla bağlıdır.

Siz mürəkkəb və məsuliyyətli dövrdə xalqınıza başçılıq edərək, hər cür çətinlikləri və maneələri inad və qətiyyətlə dəf edir, ölkənizi demokratik dəyişikliklər və dünya birliyinə inteqrasiya yolu ilə inamla irəli aparırsınız.

Azərbaycan və Özbəkistan xalqlarını çoxəsrlik dostluq telləri birləşdirir. Əminəm ki, əməkdaşlığımızın bütün sahələrində qarşılıqlı surətdə faydalı birgə fəaliyyətimiz münasibətlərimizi daha da möhkəmləndirərək bundan sonra da xalqlarımızın rifahına, regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edəcəkdir.

Əziz İslam Əbdüqəniyeviç,

Şəxsi münasibətlərimizi, görüş və söhbətlərimizdəki səmimiyyəti, aramızdakı qarşılıqlı anlaşma və etimadı yüksək qiymətləndirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 yanvar 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin