CƏMİYYƏT


Oftalmoloq: Dünya əhalisinin 2 faizi tənbəl göz sindromundan əziyyət çəkir

Oftalmoloq: Dünya əhalisinin 2 faizi tənbəl göz sindromundan əziyyət çəkir

Bakı, 1 aprel, AZƏRTAC

“Tənbəl göz sindromu” və ya göz tənbəlliyi tibdə ambliopiya adlanır. Oftalmologiyada ambliopiya görmənin birtərəfli zəifləməsinin aparıcı səbəblərindən biri kimi dəyərləndirilir. Bütün dünyada ambliopiyadan əziyyət çəkənlər əhalinin 2 faizini təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu oftalmoloq Naibə Bağırova deyib. Onun sözlərinə görə, uşaqlıq dövrünün xəstəliyi olan bu problemin mühüm aspekti onun erkən aşkarlanması və korreksiyasıdır.

Oftalmoloq xəstəliyin patologiyasının inkişaf dövründən asılı olaraq birincili (anadangəlmə) və ikincili ambliopiya olaraq ayırd edildiyini deyib: “Göz tənbəlliyinin çoxsaylı formalarının olmasına baxmayaraq, xəstəliyin inkişaf mexanizmi bütün hallarda vahid görmənin pozulması və ya mərkəzi görmənin funksional zəifləməsinə gətirib çıxarır. Ambliopiyanın profilaktikasına uşağın bir ayından etibarən müntəzəm dispanser müayinəsi yolu ilə nail olunur. Gözün optik mühitinin bulanıqlaşması, nistaqm, çəpgözlük aşkar olunarsa, problemlərin erkən aradan qaldırılması mütləqdir. Xəstəliyin müalicəsində davamlı effekt tam müalicə kursunun keçirilməsi, həkimin təlimatlarına (eynəklərin, göz plastrlarının istifadəsi, müntəzəm müayinə) dəqiq əməl olunması zamanı əldə olunur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.