CƏMİYYƏT


Oğuzda “Vəhdət dəyərimizdir” adlı üçgünlük seminarın açılış mərasimi olub

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 6-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Oğuz rayonunda həyata keçirilən üçgünlük seminarın açılış mərasimi olub.

Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimindən əvvəl ümummilli lider Heydər Əliyevin Oğuz rayonundakı abidəsi ziyarət edilərək Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Rəfi Qurbanov, Oğuz Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ayaz Ağayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekan müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, Oğuz şəhər “Cümə” məscidinin imamı Şövkət Cəlilov, Saatlı, Sabirabad, İmişli, Neftçala, Qəbələ və Oğuz rayonlarından, eləcə də Şəki şəhərindən olan dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Oğuz Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ayaz Ağayev çıxış edərək belə əhəmiyyətli tədbirin Oğuz rayonunda keçirilməsindən məmnunluğunu ifadə edib. A.Ağayev qeyd edib ki, dini-mənəvi dəyərlərin təbliği, multikulturalizm və tolerantlığın daha da güclənməsinə töhfə verəcəkdir.

Fondun icraçı direktoru Mehman İsmayılov layihə haqqında danışaraq bildirib ki, “Vəhdət dəyərimizdir” layihəsi çərçivəsində Oğuz rayonunda keçirilən seminarda ölkəmizin 7 müxtəlif şəhər və rayonlarından olan dini icma sədrləri və din xadimləri iştirak edirlər. Vəhdətin geniş mənəvi və ictimai mənaya malik olduğunu qeyd edən M.İsmayılov xalqımızın bu tarixi ənənəni qoruduğunu diqqətə çatdırıb. Fondun icraçı direktoru bildirib ki, Azərbaycanda müxtəlif dinlərə və məzhəblərə məxsus insanların dinc şəraitdə və qarşılıqlı hörmət əsasında yaşaması dövlətimizin məqsədyönlü siyasəti, eləcə də xalqımızın bu siyasətə göstərdiyi dəstək nəticəsində mümkün olub. Azərbaycanda nəinki məzhəblərarası, eləcə də digər din təmsilçiləri ilə müsəlmanlar arasında möhkəm mənəvi əlaqələrin mövcudluğunu vurğulayan M.İsmayılov bu əlaqələrin dünyaya nümunə olduğunu qeyd edib.

Sonra çıxış edən Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov təşkil edilmiş seminarın ölkəmizin müxtəlif bölgələrindən gələn din xadimləri üçün təcrübə mübadiləsi baxımından yeni yanaşma olduğunu qeyd edib. R.Qurbanov bildirib ki, bu tədbir multikultural dəyərlərin gələcək nəsillərə çatdırılması baxımından tarixi əhəmiyyətə malikdir.

Tədbirdə çıxış edən Oğuz “Cümə” məscidinin imamı Şövkət Cəlilov seminarın təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirərək, Oğuz rayonunda keçirilən “Vəhdət dəyərimizdir” layihəsinin işinə uğurlar arzulayıb.

Qeyd edək ki, avqustun 8-dək davam edəcək seminar çərçivəsində Oğuz rayonunun dini-tarixi, mədəni abidələrinin ziyarəti, birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.