DÜNYA


Oksford Universiteti və “AstraZeneca”nın koronavirusa qarşı peyvəndinin sınaqları dayandırılıb

London, 9 sentyabr, AZƏRTAC

Oksford Universiteti və “AstraZeneca” əczaçılıq şirkəti tərəfindən birgə hazırlanan koronavirusa qarşı peyvəndin sınaqların son mərhələsində peyvənd mənfi reaksiya verdiyi üçün dayandırılıb.

“AstraZeneca” şirkəti sınaqda iştirak edən bir nəfərdə izahı olmayan xəstəlik ortaya çıxdıqdan testlərin dayandırıldığını və bunun gündəlik bir prosedur olduğunu açıqlayıb.

Şirkət yaranan problemin səbəbini araşdırır.

Oksford Universiteti və “AstraZeneca” tərəfindən birlikdə hazırlanan peyvənd ən çox təsirli olması ehtimal edilən peyvənd arasındadır və diqqətlə izlənilir.

Peyvəndin birinci və ikinci sınaq mərhələləri uğurla başa çatıb. Artıq sınaqların üçüncü mərhələsidir.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.