DÜNYA


Oktyabrın 1-dən sonra Kataloniyanı 805 şirkət tərk edib

Madrid, 20 oktyabr, AZƏRTAC 

Kataloniya muxtariyyətinin İspaniyadan ayrılmaq iddiası ilə qanunsuz referendum keçirməsi ciddi iqtisadi itkilərə səbəb olur. Referendumun keçirildiyi 1 oktyabr tarixindən sonra Kataloniyanı 805 şirkət tərk edərək İspaniyanın digər ərazilərinə köçüb.

AZƏRTAC xəbər verir ki, Kataloniya Qeydiyyat Kollegiyasının açıqladığı rəqəmlərə görə, muxtariyyəti tərk edən şirkətlərdən 708-i Barselonadan, digərləri isə Lerida, Tarraqona və Jironadan köçüb. Baş ofislərini Kataloniyadan köçürən şirkətlər sırasında “Zurich”, “Axa”, “MGS Seguros” kimi nəhəng sığorta şirkətləri və “La Caixa”, “Sabadell” banklar da var. Onlar qərarlarını “hüquqi təhlükəsizlik zonasına köçmək”lə izah ediblər.

İspaniyanın iqtisadiyyat naziri Luis Gindosa bəyan edib ki, bu, hələ başlanğıcdır. Əgər sadəcə siyasi qeyri-sabitlik bunlara səbəb olubsa, vilayət müstəqillik elan etdikdən sonra baş verə biləcəkləri təsəvvür etmək çətin deyil.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.