CƏMİYYƏT


Ölkəmizdə dövlət qurumları işlərini əlaqəli şəkildə düzgün qurdular

Bakı, 17 yanvar, AZƏRTAC

Hava şəraitinin kəskin dəyişməsi, temperaturun birdən-birə 10 dərəcəyədək enməsi fəsadlara səbəb ola bilər.

Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bütün dövlət qurumlarına iki gün əvvəldən xəbərdarlıq edilib ki, qabaqlayıcı tədbirlər görə bilsinlər. Bununla da biz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Qeyd edim ki, xüsusi hidrometeoroloji hadisə ilə bağlı əvvəlcədən xəbərdarlığın verilməsi vacib və zəruridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova keçirilən brifinqdə söyləyib. O deyib: “Xəbərdarlıqdan sonra bütün qurumlar baş verə biləcək hadisələrin qarşısını almaq üçün gücləndirilmiş iş rejiminə keçib. Şükürlər olsun ki, hər hansı bədbəxt hadisə qeydə alınmayıb. Bu onu göstərdi ki, ölkəmizdə bütün qurumlar, nazirliklər yüksək səviyyədə hazırlıq tədbirləri görür, işlərini əlaqəli şəkildə düzgün qururlar. Təhlükəsizlik məqsədilə həyata keçirilən tədbirlər müntəzəm olaraq mətbuatda işıqlandırılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.