CƏMİYYƏT


“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakı ilə tanış olan Naxçıvan məktəbliləri geri qayıdıblar

Bakı, 18 mart, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində paytaxt Bakı ilə tanış olan Naxçıvan məktəbliləri martın 18-də geri qayıdıblar.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda tur-aksiya iştirakçılarını tədbirin təşkilatçıları, ictimaiyyətin nümayəndələri yola salıblar.

Bakı ilə tanışlıq zamanı şagirdlər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, Heydər Əliyev Mərkəzində olublar. Burada onlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərlə, kitablarla, sənədlərlə tanış olublar.

Naxçıvan məktəblilərinin, Dövlət Bayrağı Muzeyinə, İçərişəhərə, Qız qalasına, Şirvanşahlar Sarayına və tarixi abidələrə ziyarəti də təşkil edilib.

Daha sonra şagirdlər Milli Azərbaycan Tarixi, İncəsənət və Xalça muzeyləri, “Atəşgah” məbədi və digər mədəni-tarixi yerlərlə tanış olublar.

Bakıya səfərdən razılığını bildirən Naxçıvan məktəblisi Hamlet Nəsirov təəssüratlarını bölüşərək deyib ki, qədim Bakının tarixi və memarlıq inciləri onların marağına səbəb oldu. Tarixi abidələri ziyarət etdiklərini deyən məktəbli vurğulayıb ki, Dənizkənarı Bulvar onlarda unudulmaz hisslər yaşatdı. O, yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.

Digər məktəbli Südabə Cəlilova da Bakıya səfərdən məmnunluğunu ifadə edib və bildirib ki, onlar Azərbaycanın qəhrəmanlıq abidəsi hesab olunan Şəhidlər xiyabanını da ziyarət ediblər. Müasir müstəqil Azərbaycanın qürurverici tarixini şəhidlərimizin timsalında bir daha öyrəniblər. Bakının həm qədim tarixi, həm də müasir məkanları ilə tanış olublar. Məktəbli bu tur-aksiyanın çox əhəmiyyətli olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.