CƏMİYYƏT


Ombudsman Aparatı autizm spektr pozuntusu olanlar üçün maarifləndirmə kampaniyası keçirəcək

Ombudsman Aparatı autizm spektr pozuntusu olanlar üçün maarifləndirmə kampaniyası keçirəcək

Bakı, 2 aprel, AZƏRTAC

2 Aprel – Dünya Autizm Məlumatlandırma Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aprel ayı boyunca regional mərkəzlər tərəfindən autizm spektr pozuntusu olan insanlara dəstək məqsədilə fəal şəkildə maarifləndirmə kampaniyası həyata keçiriləcək.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından bildirilib.

“Autizmli insanların digərləri ilə münasibət, dostluq, ünsiyyət qurması ilə bağlı yanlış təsəvvürlər mövcuddur. Biz birlikdə bu yalnış stereotipləri qırmaqla inklüziv cəmiyyətə doğru inamla addımlaya bilərik. Çünki autizmlə dostluq etmək, ünsiyyət qurmaq, təhsil almaq, iş tapmaq, səmərəli asudə vaxt keçirmək və həyatda böyük uğur qazanmaq mümkündür. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı olaraq bütün aidiyyəti dövlət qurumlarına, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına, mediaya, habelə özəl sektora və bütün ictimaiyyətə müraciət edərək onları elan etdiyimiz bu kampaniyaya qoşulmağa, xüsusi qayğıya ehtiyacı olan insanlara bərabər imkanların yaradılmasına töhfə verməyə çağırır və hər kəsi #AutizmləMümkündür həştəqini paylaşaraq fleşmobumuza qoşulmağa dəvət edirik”, - deyə məlumatda qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.