Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

On beş ilin salnaməsi faktlar və rəqəmlərlə

On beş ilin salnaməsi faktlar və rəqəmlərlə

Bakı, 16 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənovun “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” adlı məqaləsi geniş maraq doğurub. AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun bu məqalə ilə bağlı şərhlərini təqdim edir.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, professor Əli Həsənovun Prezident İlham Əliyevin dövlətimizin başçısı kimi 15 illik fəaliyyətinə dair “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” başlığı altında geniş oxucu kütləsi ilə bölüşdüyü düşüncələr müasir Azərbaycanın müvafiq dövr tarixinə bir daha nəzər salmaq, görülmüş işləri məntiqi təhlil etmək və ölkəmizin qazandığı nailiyyətlərlə bir daha yaxından tanış olmaq imkanı yaradır.

Seçkiqabağı təşviqat dövründə İlham Əliyevin səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” ifadəsinin sözdə deyil, əməldə parlaq və aydın təzahürü, həqiqətən də yüksək idarəçilik məharəti, siyasi qətiyyəti, milli dövlətçilik təfəkkürü və xalqa inamı ilə fərqlənən ölkə rəhbərinə qısa müddətdə həm böyük hörmət və etimad, həm də sevgi qazandırdı.

Məqalədə ölkədə ictimai-siyasi sabitliyin qorunması və möhkəmlənməsində, vətəndaşların təhlükəsizliyinin, hüquq və azadlıqlarının təmin edilməsində, əhalinin sosial rifahının yüksəlməsində dövlətimizin başçısının misilsiz xidmətlərindən danışılır, böyük qətiyyətlə həyata keçirdiyi daxili və xarici siyasət, səmərəli dövlət idarəçiliyi sayəsində qazanılmış regional və beynəlxalq nüfuzundan, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqelərindən bəhs olunur.

Oxucunun məqalə müəllifinin ölkə həyatının son 15 ildə ayrı-ayrı sahələr üzrə təhlili nəticəsində əldə etdiyi məlumatlar tezis şəklində bu cür ifadə oluna bilər:

2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə:

- ölkədə siyasi plüralizmin, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib;

- planlı sosialist iqtisadiyyatından bazar iqtisadiyyatına keçid prosesinin başa çatması təmin edilib, ölkə iqtisadiyyatı 3,2 dəfə, sənaye istehsalı 2,6 dəfə yüksəlib;

- qeyri-neft sənayesi inkişaf etdirilib, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisə fəaliyyətə başlayıb, qeyri-neft sektoru 2,8 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb;

- aqrar sektorda həyata keçirilən islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəşt və yardımlar bu sahənin davamlı inkişafına zəmin yaradıb, kənd təsərrüfatında 1,7 dəfə artım qeydə alınıb;

- ölkədə nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib, 1767 kilometr uzunluğunda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və 980 kilometr uzunluğunda Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib, uzunluğu 3500 kilometr, dəyəri 40 milyard dollardan çox olan Cənub Qaz Dəhlizinin təməli qoyulub;

- ölkənin valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılıb, 15 il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub;

- Azərbaycan siyasi, iqtisadi və strateji baxımdan böyük əhəmiyyətə malik Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak etməklə Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib;

- “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərini orbitə çıxaran Azərbaycan dünyanın kosmik ölkələri sırasına qoşulub;

- ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib, yaxud əsaslı təmir edilib, 15 min kilometr yol çəkilib, 443 körpü inşa olunub, Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı - Ələt Dəniz Ticarət Limanı fəaliyyətə başlayıb, 7 hava limanı tamamilə yenidən qurularaq istifadəyə verilib;

- ərazisində 30 elektrik stansiyası tikilib istifadəyə verilmiş Azərbaycan regionda elektrik enerjisi ixracatçısına çevrilib, ölkə üzrə təbii qaz təchizatı 51 faizdən 95 faizə yüksəlib;

- əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində ciddi tədbirlər həyata keçirilib, ölkədə 1,9 milyon yeni iş yeri açılıb, maaşlar 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb, işsizlik səviyyəsi 5 faizə, yoxsulluq isə 49 faizdən 5,4 faizə endirilib;

- ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparılıb, “ASAN xidmət” modeli Azərbaycanın brendinə çevrilib;

- şəhid ailələrinə və müharibə əlillərinə dövlət hesabına 5500-dən çox fərdi ev və mənzil, 6 mindən çox minik maşını verilib, məcburi köçkünlərin problemlərinin həlli sahəsində genişmiqyaslı işlər görülüb, yeni salınmış 100-dən artıq qəsəbə və şəhərcikdə 265 min nəfər məskunlaşdırılıb;

- Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb, Azərbaycanın Silahlı Qüvvələri dünyada ən güclü 50 ordu sırasında yer alıb;

- ölkənin beynəlxalq nüfuzu yüksəlib, 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilib;

- milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanması və inkişafı təmin edilib, 220-dən çox məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub, Azərbaycan sivilizasiyalararası dialoq, tolerantlıq və humanitar əməkdaşlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib;

- gənclərin sosial, təhsil, karyera və mədəni inkişaf məsələlərinin həllini təmin etmək məqsədilə 2005-2021-ci illəri əhatə edən 3 dövlət proqramı təsdiq edilib;

- ölkənin idman həyatında böyük uğurlar əldə edilib, paytaxt və bölgələrdə 43 Olimpiya İdman Kompleksi, xeyli sayda stadion və idman meydançaları istifadəyə verilib, Azərbaycan tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib, 2016-cı ildən etibarən hər il ümumi auditoriyası 500 milyon nəfərdən çox olan “Formula 1” yarışlarını təşkil edir;

- Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olub, iqtisadi rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşıb.

Məqalədə qeyd edildiyi kimi, Azərbaycanın əldə etdiyi uğurların əsasında “məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır”. Prezident İlham Əliyevin müdrik dövlət siyasəti və xalqla qarşılıqlı inamı Azərbaycanın parlaq gələcəyini təmin edən başlıca amildir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır