Orxan Məmmədov: Beynəlxalq təşkilatlara üzvlük geniş tərəfdaşlar şəbəkəsinə çıxışımızı asanlaşdırır
AzerTAg.az

Bakı, 1 dekabr, AZƏRTAC
Bir neçə sahəvi beynəlxalq təşkilatlara üzvlüyümüz bizə geniş tərəfdaşlar şəbəkəsinə çıxışı asanlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Kiçik və Orta Bizneslərin Beynəlxalq Şəbəkəsinin – INSME - 18-ci İllik Toplantısı” mərasimində deyib.
Orxan Məmmədov qeyd edib ki, bu da öz növbəsində iş adamları üçün geniş imkanlar yaradır: “INSME belə təşkilatlar sırasında öndə gedir və qarşıdakı dövrdə sözügedən platforma çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini hədəfləyirik. INSME platformasının çox-funksional xarakteri, üzv şəbəkəsinin genişliyi və təqdim olunan xidmətlər çeşidi hər bir qurum və təşkilatın faydalanması üçün imkanlar yaradır”.
Xəbərin mətnində orfoqrafik səhv var