İQTİSADİYYAT
Ötən ay qeyri-neft sektoru üzrə ixrac 123 milyon dollar olub
Bakı, 31 avqust, AZƏRTAC
İyulda qeyri-neft sektoru üzrə ixrac 123 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 faiz azdır.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin( İİTKM) “İxrac İcmalı”nın 2020-ci ilin avqust sayına istinadla xəbər verir ki, iyul ayında qeyri-neft-qaz məhsulları ən çox məhsul Rusiyaya (48,3 milyon dollar), Türkiyəyə (27,8 milyon dollar), İsveçrəyə (11,5 milyon dollar), Gürcüstana (7,5 milyon dollar) və Çinə (3,4 milyon dollar) ixrac edilib.
Bu ilin iyulunda qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (16,4 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (12,1 milyon ABŞ dolları), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 10,7 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.