CƏMİYYƏT
Ötən iki gün ərzində respublikanın avtomobil yollarında beş yol-nəqliyyat hadisəsi baş verib
Bakı, 14 yanvar, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində qeydə alınmış 223 cinayət faktından 45-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış altı cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.