DÜNYA


Ötən il Moskva büdcəsinə əmək miqrantlarına patent satışından 17 milyard rubl daxil olub

Moskva, 16 fevral, AZƏRTAC

Ötən il Rusiya paytaxtının büdcəsinə əmək miqrantlarına patent satışından 17 milyard rubl daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin RBK kanalına müsahibəsində deyib. Bildirib ki, Rusiya paytaxtında miqrantlarla bağlı vəziyyət sabitləşir. Ötən il Moskva əmək miqrantlarına patent verilməsindən 17 milyard rubl gəlir əldə edib. Bu, əvvəlki illərdə qeydə alınan təxminən bir milyard rubl məbləğdə göstəricidən xeyli çoxdur. Moskva meri bildirib ki, yaxın vaxtlarda DİN və Miqrasiya Xidməti ilə bu mövzuya həsr olunmuş müşavirə keçiriləcək.

Qeyd edək ki, Rusiyada patentlərin qiyməti ötən il 4 min 200 rubldan 4 min 500 rubladək artıb. Ümumilikdə, Rusiyada 2018-ci ildə əmək miqrantlarına patent satışından 57 milyard rubl gəlir əldə edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.