REGİONLAR


Ötən il Şəki rayonunda 73,5 min hektardan çox sahədən bitkiçilik məhsulları toplanıb

Şəki, 12 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Şəki respublikamızın mühüm kənd təsərrüfatı rayonlarındandır. Zəngin iqlimi, relyefi, əkinə yararlı və məhsuldar torpaqları rayonda kənd təsərrüfatının bir çox sahələrinin inkişafına müsbət təsir göstərib. Rayonda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün daxili imkanlar çoxdur.

2020-ci ildə Şəki rayonu üzrə 73 min 582,7 hektar sahədən bitkiçilik məhsulları toplanıb. Əkin sahələrinin 66 min 692,7 hektarını dənli və dənli paxlalı bitkilər, 1184 hektarını texniki bitkilər, 686 hektarını kartof, 822 hektarını tərəvəz, 156 hektarını bostan, 4 min 42 hektarını isə yemlik bitkilər təşkil edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, ötən il rayonda 203 min 283,3 ton dənli və dənli paxlalı bitkilər, 3 min 837 ton tütün, 1202,6 ton şəkər çuğunduru, 10 min 321,1 ton kartof, 20 min 630,9 ton tərəvəz, 2 min 675,6 ton bostan bitkiləri, 29 min 823,1 ton yem bitkiləri istehsal olunub.

2020-ci ilin payızında rayonda cari ilin məhsulu üçün 68 min 835 hektar sahədə şum aparılıb, 66 min 389 hektar sahəyə taxıl səpilib. Taxıl əkinlərinin 36 min 180,3 hektarını buğda, 29 min 922,7 hektarını arpa, 286 hektarını isə xəsil arpa sahələri təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.