DÜNYA
Ötən il Ukraynada 410 işçi əmək fəaliyyəti zamanı həlak olub
Kiyev, 22 yanvar, AZƏRTAC
2019-cu ildə Ukraynada 410 işçi əmək fəaliyyəti zamanı həlak olub.
AZƏRTAC Ukrayna Sosial Sığorta Fondunun mətbuat xidmətinə istinadla xəbər verir ki, ötən il 2018-ci illə müqayisədə işçilərin ölüm faktında 60 artım olub.
Hesabatda qeyd edilib ki, ötən il əmək fəaliyyəti zamanı 4394 nəfər xəsarət alıb ki, bu da 2018-ci illə müqayisədə 8,6 faiz azdır.
Ukrayna hökuməti işçilərin əmək fəaliyyəti zamanı təhlükəsizlik qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin miqdarının artırılması təklifi ilə çıxış edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]