DÜNYA


Özbəkistanda iki avtomobilin toqquşması nəticəsində yeddi nəfər həlak olub

Daşkənd, 7 iyul, AZƏRTAC

Özbəkistanın Surxandərya vilayətinin Baysun rayonunda avtomobil qəzası nəticəsində yeddi insan həlak olub, daha üç nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu dağ rayonunda “Nexia” markalı minik maşınının sürücüsü idarəetməni itirərək əks yola çıxıb və digər “Nexia” maşını ilə toqquşub.

Özbəkistanın Daxili İşlər Nazirliyinin əməkdaşları hadisənin səbəblərini araşdırır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.