İQTİSADİYYAT


Özbəkistandan yola çıxan ilk konteyner blok qatarı Bakıya çatıb

Bakı, 25 yanvar, AZƏRTAC

Özbəkistanın “Assaka Logistika Mərkəzi”ndən yola çıxan 50 konteynerdən ibarət ilk blok qatar Ələt limanına çatıb.

“ADY Konteyner” MMC-dən AZƏRTAC-a bildirilib ki, avtomobil hissələri ilə yüklənmiş 40 futluq konteynerlər Xocidavlat sərhəd stansiyasından keçərək Türkmənistanın Türkmənbaşı limanına, oradan isə Xəzər dənizi vasitəsilə Azərbaycanın Ələt limanına çatdırılıb.

Qatardakı yüklər Azərbaycanda minik avtomobili istehsal edən zavodlardan biri üçün nəzərdə tutulub. Bu marşrut üzrə blok qatarlar müntəzəm olaraq hərəkət edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.