İQTİSADİYYAT
“PAŞA Həyat Sığorta” iki ölüm hadisəsinə görə 43,4 min manatlıq birdəfəlik ödəniş həyata keçirmişdir
Bakı, 10 oktyabr (AZƏRTAC). “PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti irihəcmli iki ödənişini həyata keçirmişdir.
Şirkətin marketinq, planlaşdırma və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “PAŞA Həyat Sığorta” tərəfindən iki sığortalı müəssisənin işçiləri ilə əlaqədar istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ümumilikdə 43,4 min manata yaxın müvafiq sığorta ödənişi edilmişdir.
Şirkət tərəfindən istehsalat zamanı vəfat edən bir şəxsin ailəsinə 28,212 min manat, digər vəfat etmiş şəxsin ailəsinə isə 15,178 min manat məbləğində birdəfəlik ödənişlər verilmişdir.