Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

PORTUQALİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB JORJİ SAMPAYYUYA

Hörmətli cənab Prezident, 

Portuqaliya Respublikasının milli bayramı – Portuqaliya günü münasibətilə Sizi və bütün Portuqaliya xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin