İDMAN


PSJ-nin baş məşqçisi Mbappe və Robyonu cəzalandırıb

Bakı, 29 oktyabr, AZƏRTAC

“Pari Sen-Jermen” futbol klubunun baş məşqçisi Tomas Tyxel hücumçu Kilian Mbappe və yarımmüdafiəçi Adrien Rabyoya intizam qaydalarına əməl etmədikləri üçün cəza tətbiq edib.

AZƏRTAC footballhd.ru saytına istinadla xəbər verir ki, hər iki oyunçu Fransa çempionatının 11-ci turu çərçivəsində “Marsel”lə matçda meydana əsas heyətdə yox, əvəzedicidə çıxıb. Mbappe matçın 62-ci dəqiqəsində meydana daxil olub və 3 dəqiqədən sonra qol vurub. Digəri isə yalnız 79-cu dəqiqədə meydana buraxılıb.

“Matçdan əvvəl oteldə intizam qaydalarını pozduqlarına görə qərara gəldik ki, hər iki futbolçunu əsas heyətdən çıxaraq. Çox təəssüf edirəm ki, belə xoşagəlməz hadisə ilə qarşılaşdıq. Onların meydanda olmaması xoşuma gəlmir, amma cəza tədbiri görülməli idi”, - deyə baş məşqçi bildirib.

Fransa KİV-lərinin verdiyi məlumata görə, Mbappe və Rabyo “Marsel”lə matç öncəsi keçirilən komanda iclasına gecikiblər.

PSJ Fransa çempionatının 11 turundan sonra maksimum xal toplayaraq turnir cədvəlinə liderlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.