DÜNYA


Pakistan aprel ayında Rusiya neftinin idxalına başlayacaq

Pakistan aprel ayında Rusiya neftinin idxalına başlayacaq

Bakı, 27 yanvar, AZƏRTAC

Pakistan idxalla bağlı bütün kommersiya sazişlərindən sonra aprel ayında Rusiyadan xam neft almağa başlayacaq.

AZƏRTAC “News International” qəzetinə istinadla xəbər verir ki, bu barədə Pakistanın neft naziri Müsadiq Malik bildirib.

Pakistan Rusiya ilə imzaladığı saziş əsasında enerji təhlükəsizliyinə dair plan tərtib etməyə başlayıb. Sənəd Rusiyadan xam neft, qaz və digər yanacaq növlərinin idxalını nəzərdə tutur.

Müsadiq Malikin sözlərinə görə, Rusiya ilə imzalanan saziş Pakistanın xam neftə olan tələbatının 35 faizini ödəməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.