DÜNYA
Pakistanın Baş naziri Hindistan rəhbərliyini Kəşmir ətrafında vəziyyətin tənzimlənməsinə çağırıb
İslamabad, 22 oktyabr, AZƏRTAC
Pakistanın Baş naziri İmran Xan Hindistan rəhbərliyinə müraciət edərək Kəşmir ətrafında vəziyyətin tənzimlənməsini BMT-nin bu məsələ ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrə əsasən dialoq vasitəsilə həllinə çağırıb.
AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, İmran Xan son bir sutka ərzində Kəşmirdə baş verən qarşıdurmada günahsız olaraq altı adamın öldürülməsi, qırx nəfərin yaralanması ilə bağlı narahatlığını da bildirib.
Xatırladırıq ki, 2003-cü ildə Kəşmir bölgəsində atəşkəs elan edilsə də son bir il ərzində regionda hərbi qarşıdurma nəzərəçarpacaq dərəcədə artıb, tərəflər bir-birilərini atəşkəsi pozmaqda günahlandırırlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad