QAN YADDAŞI


Pakistanın KİV-ləri Xocalı soyqırımı ilə bağlı materiallar yayıb

İslamabad, 26 fevral, AZƏRTAC

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması məqsədilə Bütün Pakistan Qəzetləri Cəmiyyətinin (All Pakistan Newspapers Society - APNS) təşəbbüsü ilə ingilis və urdu dillərində hazırlanan materiallar ölkənin bir çox kütləvi informasiya vasitələrində dərc edilib.

AZƏRTAC xəbər verir ki, materiallarda Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə daxil olaraq, şəhəri yerlə-yeksan etdikləri bildirilib. Materiallarda Xocalı soyqırımı zamanı öldürülən, yaralanan, əsir götürülən insanların, o cümlədən qadın və uşaqların sayı ilə bağlı statistik məlumatlar da yer alıb.

Məqalələrdə Xocalı soyqırımını törədənlərin ədalət məhkəməsi qarşısına çıxarılmasının, eyni zamanda, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal altındakı digər ərazilərini dərhal və qeyd-şərtsiz tərk etmələrinin tələb olunduğu vurğulanır.

Qeyd edək ki, Bütün Pakistan Qəzetləri Cəmiyyəti “Jang”, “Dawn”, “Nawa-i-Waqt” kimi böyük informasiya agentlikləri və qəzet qrupları da daxil olmaqla, özündə bu ölkənin 170-ə yaxın nəşriyyat evini və şirkətini birləşdirir. Xocalı soyqırımı ilə bağlı materiallar Pakistanın APNS-ə üzv olan əksər qəzetlərində yayılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.