Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Pakistanın “Vertex International” jurnalının xüsusi buraxılışı Azərbaycana həsr edilib

İslamabad, 2 noyabr, AZƏRTAC

Pakistanın “Vertex International” jurnalının oktyabr buraxılışı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi və Azərbaycan-Pakistan münasibətlərinə həsr olunub.

AZƏRTAC xəbər verir ki, buraxılışda Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin müsahibəsi, jurnalın baş redaktorunun müəllifi olduğu Xocalı soyqırımına dair yazı, eyni zamanda, AXC-nin 100 illiyinə, Azərbaycan-Türkiyə münasibətlərinə, Naxçıvanın 2018-ci il “İslam mədəniyyətinin paytaxtı” olmasına və ölkəmizin turizm potensialına aid məqalələr yer alıb. Jurnalda, həmçinin Azərbaycan iqtisadiyyatının perspektivləri, Azərbaycan mətbəxinə dair materiallar öz əksini tapıb.

Əli Əlizadənin müsahibəsində Azərbaycan-Pakistan ikitərəfli münasibətlərindən, ölkələrimizin bir-birinə verdiyi dəstəkdən söhbət açılır. Yazıda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə toxunulub, əlaqələrin inkişafı, Pakistandan ölkəmizə gələn turistlərin sayındakı artım, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrə dair məlumatlar oxuculara çatdırılıb. Səfir, eyni zamanda, Pakistanda həyata keçirilən layihələrlə bağlı fikirlərini bölüşüb, Azərbaycandan keçən nəqliyyat dəhlizləri ilə bağlı məlumat verib, Azərbaycan-Pakistan iqtisadi-ticari əlaqələrini şərh edib.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” adlı məqalədə müsəlman dünyasında ilk parlament respublikası olan AXC-nin siyasi sistemi, quruluşu, xarici siyasəti, qadınlara bir çox Qərb dövlətlərindən daha əvvəl seçki hüququ verməsindən ətraflı bəhs olunur. Xüsusən, AXC-nin beynəlxalq birlik tərəfindən tanınması uğrunda apardığı fəaliyyət, Paris Sülh Konfransına göndərilmiş nümayəndə heyəti, Konfrans iştirakçıları tərəfindən de-fakto tanınma, AXC-nin qonşu dövlətlərin müxtəlif şəhərlərində açmağa nail olduğu konsulluqlar, eyni zamanda, ölkəmizdə müxtəlif xarici dövlətlərin nümayəndəliklər təsis etməsi barədə ətraflı danışılır. Məqalədə, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğu qeyd edilir, cəmi 23 ay mövcud olmuş AXC-nin Azərbaycan tarixində dərin müsbət iz buraxdığı vurğulanır.

“Naxçıvan-2018-ci il İslam Mədəniyyətinin Paytaxtı” sərlövhəli materialda İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərinin toplantısında Azərbaycanın Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi qeyd olunur. Daha sonra isə Naxçıvan şəhəri və ümumilikdə muxtar respublika (MR) ilə bağlı məlumat verilir, Naxçıvanın tarixinə nəzər salınır. Naxçıvan MR-in iqtisadiyyatından danışan müəllif statistik rəqəmlərə də yer verir. Sonda Naxçıvanın turizm potensialına toxunulur, muxtar respublikanın görməli yerləri, landşaftı, bitki və heyvanat aləmi, iqlimi ilə bağlı məlumat verilir.

Jurnalın baş redaktorunun müəllifi olduğu “Xocalı qətliamı - Unudulmaz hadisə” sərlövhəli məqalədə Dağlıq Qarabağ bölgəsinin tarixinə nəzər salınır, ermənilərin bu ərazilərə köçürülməsindən danışılır, həmçinin Sovet İttifaqının dağıldığı ərəfədə başlanan münaqişə barədə məlumat verilir. Müəllif Xocalı soyqırımı barədə danışır, bu hadisənin erməni barbarlığının bariz nümunəsi olduğunu vurğulayır. Azərbaycan ərazilərinin geri qaytarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə toxunulur, eyni zamanda, Pakistan Parlamentinin Xarici Əlaqələr Komitələrinin Azərbaycan ərazilərinin işğalını və Xocalı soyqırımını pisləyən qətnamə qəbul etdiyi vurğulanır. Müəllif sonda işğal olunmuş Azərbaycan torpaqlarının ya sülh yolu ilə, ya da hərbi güc işlədərək geri qaytarılmalı olduğunu bildirir.

“Azərbaycan ən cəlbedici turizm məkanlarından biridir” sərlövhəli yazıda Azərbaycanın coğrafi mövqeyi barədə məlumat verilir, ölkənin tarixən mədəniyyətlərin kəsişməsində yerləşdiyi vurğulanır, bəzi tarixi və müasir abidələr sadalanır. Daha sonra isə Azərbaycana səfər etməyə təşviq edən 10 səbəb göstərilir.

“Azərbaycan iqtisadiyyatına baxış” adlı yazıda müəllif Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) və adambaşına düşən ÜDM ilə bağlı məlumat verir, keçirilmiş son prezident seçkilərindən sonra ölkədə iqtisadiyyatın müxtəlif sahələrində ciddi islahatların aparıldığını qeyd edir. Məqalədə Azərbaycanın iqtisadi göstəriciləri, idxal-ixrac balansı, əsas ticarət tərəfdaşları barədə statistik rəqəmlərə yer verilir, həmçinin müxtəlif şəkil və qrafiklərdən istifadə olunur.

“Azərbaycan mətbəxi və yemək reseptləri” sərlövhəli yazıda Azərbaycan mətbəxinin Şərq mətbəxinə aid olduğu vurğulanır və müxtəlif Azərbaycan yeməklərinin adları sadalanaraq qısa məlumat verilir. Həmçinin Azərbaycan səfirinin xanımı Aynurə Əlizadə tərəfindən təqdim edilmiş toyuq və balıq ləvəngisinin, Azərbaycan paxlavasının resept və hazırlanma qaydalarına da yer verilir.

“Azərbaycan mədəniyyəti” başlıqlı məqalədə isə Azərbaycan mədəniyyətinin əsasən İslam mədəniyyəti, milli ənənələr və dəyərlər əsasında formalaşdığı qeyd olunur, mədəniyyətin əsas göstəricilərindən birinin memarlıq olduğu vurğulanır və Azərbaycan memarlığının bəzi incilərinin adları çəkilir. Müəllif, həmçinin Azərbaycan musiqisinin müxtəlif janrları, milli rəqslər, kişi və qadınların milli geyimləri barədə yazır.

Jurnalda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” adlı kitabı barədə də oxuculara məlumat verilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən REPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb