Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Pakistanın sabiq Baş Naziri (2004-2007),Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şövkət Əzizdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Zati-alinizi doğum günü münasibətilə təbrik etməkdən şərəf duyuram.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaq böyük fəxrdir. Mərkəz sülh, tərəqqi və rifahın təşviqində mühüm rol oynayır. İnsanların həyat səviyyəsinin, təhsilinin yaxşılaşdırılmasına, tərəqqi və inkişaf üçün yeni imkanlar açılmasına dəstək verən Sizin kimi liderlərə dünyanın böyük ehtiyacı var.

Zati-aliləri, Siz sülh, tolerantlıq və geniş düşüncənin rəmzisiniz.

Biz Sizin nəcib təşəbbüslərinizin iştirakçısı olduğumuz üçün qürur duyur və Sizə davamlı uğurlar arzulayırıq.

 

Şövkət Əziz

Pakistanın sabiq Baş Naziri (2004-2007),

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin