DÜNYA
Paris regionunun həkimləri COVID-19 pandemiyasının sürətlə yayılması ilə bağlı həyəcan təbili çalırlar
Paris, 23 mart, AZƏRTAC
Paris regionunda pandemiyanın sürətlə yayılmasından ciddi narahatlıqlarını ifadə edən həkimlər televiziya kanalları vasitəsilə çıxış edərək, vəziyyətin gərginliyini bildiriblər.
AZƏRTAC xəbər verir ki, həkimlər COVID-19 pandemiyasının sürətlə yayıldığını, fəlakətlə üz-üzə olduqlarını qeyd edirlər. Hazırda Paris regionunda yoluxma, eləcə də reanimasiyada ağır xəstələrin sayı ən yüksək səviyyədədir. Vurğulanıb ki, hər 100 min sakinə yoluxma səviyyəsi artıq 683-ə çatıb. Göstəricilər virusun sürətlə yayıldığını əks etdirir. Pandemiya ilə bağlı bütün göstəricilər sürətlə artmaqda davam edir. Parisdə bəzi xəstəxanaların rəhbərləri yer olmadığı üçün artıq yeni pasiyent qəbul edə bilmədiklərini deyiblər.
Həkimlər qarşıdakı iki həftənin çox çətin olacağını bildiriblər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris