DÜNYA


Parisdə Birinci Dünya müharibəsində qələbənin 100 illiyi ilə bağlı xatirə tədbirləri başlayıb

Paris, 9 noyabr, AZƏRTAC 

Parisdə noyabrın 11-də Birinci Dünya müharibəsi (1914-1918) qələbəsinin 100 illiyi münasibətilə keçiriləcək tədbir zamanı təhlükəsizliyin təmin olunmasına 10 min polis əməkdaşı cəlb olunub.

AZƏRTAC xəbər verir ki, bu haqda Fransanın daxili işlər naziri Kristofer Kastaner Paris polis prefekturasında toplantı zamanı söyləyib.

Nazir bildirib ki, 98 xarici nümayəndə heyəti, 72 dövlət və hökumət rəhbəri Birinci Dünya müharibəsi qələbəsinin 100 illiyi münasibəti ilə təşkil olunan anım tədbirinə və Sülh Forumuna qatılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.