Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Paşinyanın Xankəndi ritorikası: regionu faciəyə sürükləmək riski

Paşinyanın Xankəndi ritorikası: regionu faciəyə sürükləmək riski

Bir neçə gün öncə Xankəndidə "ümumerməni oyunları" adlandırılan, lakin məzmunu qeyri-müəyyən olan "tədbir"də Ermənistanın baş naziri Nikol Paşinyan çıxış edib. Ekspertlər onun əsəbi, inamsız çıxışında region üçün təhlükə yarada bilən notların olduğunu müəyyənləşdiriblər. Hətta Ermənistan müxalifəti baş nazirin fikirlərini "absurd xülya" adlandırıb. Məsələ ondan ibarətdir ki, N.Paşinyan yenə də Azərbaycan torpaqlarına Ermənistanın iddialarından bəhs edib və onu qanuni addım kimi təqdim etməyə çalışıb. Bu zaman onun məntiqsizliyi aydın görünüb. Bir tərəfdən, "Artsax müstəqildir" deyən və İrəvanın onun işinə müdaxilə etmədiyindən dəm vuran "küçə siyasətçisi", digər tərəfdən, indi Xankəndidə olan qondarma rejimi "qeyri-legitim" adlandırıb. Əlbəttə, həmin quldur rejim qeyri-legitimdir. Ancaq N.Paşinyanın nəzərdə tutduğu mənada deyil, real vəziyyət baxımından qeyri-legitimdir. N.Paşinyan isə həmin rejimə öz adamını başçı qoymaq məqsədi ilə belə danışıb. Bu da açıqca Ermənistanın qonşu dövlətin ərazisində separatçı rejim qurmaq, ona havadarlıq etmək və torpaqları işğal altında saxlamaq siyasəti yeritdiyini bir daha təsdiq edir. Bu tezislərin işığında N.Paşinyanın Xankəndi çıxışına təhlili yanaşmağa ehtiyac gördük.

Rəsmi İrəvanın yalanlar silsiləsi: çax-çax baş ağrıdır...

Nikol Paşinyanın populist və xəyalpərvər “siyasətçi” olduğu məlum idi. Onun absurd xülyalara qapıldığına dəlalət edən faktlar da mövcuddur. Son davranışlarından biri isə siyasi cəhətdən çox naşı olduğunu təsdiqləyir. Doğrudur, indi siyasi reallığa uyğun olmayan addımlar atan liderlər az deyil. Bəzən, həqiqi mənada absurd hərəkətlər edir, fikirlər söyləyirlər. Lakin N.Paşinyanın hərəkəti həm də beynəlxalq hüquq qaydalarını açıq və kobud surətdə pozmaqdır və Ermənistanın real imkanlarına qətiyyən uyğun gəlməyən ifrat populist və səriştəsiz adamın davranışıdır.

Belə ki, demaqoq "küçə demokratı" Azərbaycanın işğal altında olan Xankəndi şəhərində separatçılar qarşısında çıxış edərək Dağlıq Qarabağın Ermənistana məxsus olduğunu deyib və "miatsum" - "birləşmə" şüarından istifadə edib. O, bu fikri Rusiyanın vassalı və forpostu olan Ermənistanın 2050-ci ilə qədər "müstəqil inkişaf xətti"ni şərh edərkən işlədib. Guya 2050-ci ilə qədər Ermənistan mövcud olacaq və müəyyən sahələrdə inkişaf əldə edəcək. Deyək ki, əhalisinin sayı 5 milyon olacaq, 10 texnoloji şirkəti yaranacaq və onların büdcəsi milyard dollara çatacaq və s. Onun söylədikləri hətta Ermənistan siyasətçiləri üçün o dərəcədə cəfəng və mənasız olub ki, "Paşinyan Marsda erməni koloniyası axtarır" kimi ifadələrlə onu lağa qoyublar.

Ekspertlər "demokratiya və azadlıq aşiqi"nin Xankəndidəki çıxışının siyasi ritorika və natiqlik səviyyəsi baxımından da çox primitiv olduğunu vurğulayırlar. O, gözünü kağızdan çəkməyib, əsəbi olduğu hiss olunub və səsində inamsızlıq açıqca görünüb. Bu isə N.Paşinyanın özünün dediklərinə inanmaması ilə yanaşı, separatçı-terrorçuların mövqeyində yeniliyin olmaması ilə də bağlıdır. Odur ki, Dağlıq Qarabağda yuva salmış terrorçu sürünün başçısı Bako Saakyan dolayısı ilə İrəvandan gəlmiş başabəla "demokrat"dan fərqli düşündüklərini ifadə etməyə çalışıb. Onun da nə düşündüyünün real siyasət üçün elə bir əhəmiyyəti yoxdur, ancaq İrəvanla Xankəndinin birgə hansı çaşqınlıq içində olduqlarının əyani nümayişidir.

Maraqlıdır ki, rəsmi İrəvanın düşdüyü ziddiyyətli və perspektivsiz durumu rusiyalı ekspertlər də etiraf edirlər. Onların etirafı N.Paşinyanın Moskvanın iradəsinə qarşı addım atmağa çalışması ilə bağlıdır. Buna baxmayaraq, belə bir vəziyyət İrəvan-Moskva xəttində soyuq küləklərin güclənməsi əlamətidir. Təbii ki, bunların arxasında nüfuz uğrunda aparılan oyunların mürəkkəb ssenarisi də dayana bilər.

Hər bir halda N.Paşinyan Qarabağa "ümumerməni oyunları" adlı "tədbir"də elə fikirlər söyləyib ki, özündən başqa kimsə qəbul etmir. Nə Xankəndidəki separatçı-terrorçular, nə Ermənistandakı siyasi müxalifət, nə də Moskvadakı erməni havadarları. Belə isə, erməni baş nazir hansı səbəblərdən bu dərəcədə absurd tezislər irəli sürüb?

Ekspertlərin bu sualla bağlı fərqli izahlarına rast gəlirik. Məsələn, rəsmi İrəvanın müharibə istəyi haqqında proqnoz verilir. Bundan başqa, Dağlıq Qarabağda separatçıların seçki öncəsi səs qazanmaq üçün manevrlərindən bəhs edənlər də var. Təbii ki, bu proqnozların hər birinin öz yeri və mənası vardır. Çünki erməni siyasəti daim məntiqsiz və başından böyük iddiaları ilə seçilib. Bütün bu incəliklərə və N.Paşinyanın Xankəndidəki sözlərinə qlobal geosiyasi proseslər kontekstində nəzər saldıqda, başqa məqamları da görə bilərik.

Hər şeydən öncə aydın olur ki, rəsmi İrəvanın istənilən qiymətləndirməsi sünidir. Ona görə yox ki, Ermənistanda intellektual səviyyəsi yüksək olan insanlar yoxdur. Əlbəttə, hər cəmiyyətdə olduğu kimi, orada da belə insanlar var. Lakin kimliyindən asılı olmayaraq, hər bir erməni siyasətçinin dünyagörüşü obyektivliyə deyil, qonşulara nifrətə əsaslandığından, yanlış məqsədlərə xidmət edir. Konkret olaraq, Azərbaycanla bağlı onlardan heç birinin nə obyektivliyi, nə siyasi səriştəsi, nə iradəsi, nə də rasional gücü çatmır ki, etiraf etsin: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib və erməni ordusu qeyd-şərtsiz bu torpaqlardan çıxmalı, Azərbaycan dövlətindən və xalqından rəsmən üzr istənməli, lazım olan təzminatlar ödənməlidir"!

Erməni siyasətinin Paşinyan ləkəsi: regiona terror gətirmək cəhdi

Bunun əvəzində erməni siyasətçilər müxtəlif yalanlar uyduraraq dünyaya sırımağa çalışır, haqlı olanı haqsız göstərmək istəyir və burada da dolaşırlar. Mövqeləri bəsit və çox zəif görünür. Heç şübhə yoxdur ki, onların yanından havadarları bir addım kənara çəkilsələr, bütün erməni "siyasi rasionallığı", "erməni iradəsi", "erməni demokratiyası", "erməni qətiyyəti" sabun köpüyü kimi bir andaca darmadağın olar! Bunu ermənilərin havadarları onların özlərindən yaxşı bildiklərindən, kənara çəkilmirlər. Çünki partlayan sabun köpüyünün içindən məhz havadarların əsrlərdir apardıqları məkrli oyunların, hiylələrin qalıqları ətrafa üfunət kimi yayılacaq. Onda insanlar həqiqəti biləcəklər ki, bu da həmin dairələrə heç sərf etmir.

N.Paşinyan bu yanlış siyasi ritorikanın, havadar siyasi planlarının dalğası üzərində oynamağa çalışır. Ancaq tez-tez büdrəyir, ayağı sürüşür (ümumiyyətlə, ermənilərin ayağı qədimdən sürüşkəndir) və hətta havadarları üz-gözlərini turşudurlar. Bununla yanaşı, N.Paşinyanın "siyasi sürüşkənliyi"nin başqa əsası da mövcuddur.

Rəsmi İrəvan, faktiki olaraq, regionda qeyri-müəyyənlik yaratmağa çalışan, xalqları bir-birinə qarşı qoyan və Yaxın Şərqdən sonra Cənubi Qafqazda müharibə qığılcımlarını alovlandırmaq üzərində baş sındıran kənar qüvvələrə xidmət edir. Onun nitqinə diqqət etsək, görərik ki, o, sanki Dağlıq Qarabağda yeni müharibə arzulayır. Bilir ki, yeni müharibədə mütləq erməni ordusu məğlub olacaq, ancaq rəsmi İrəvan Qərbin və Rusiyanın daha güclü dəstəyini ala bilər. Çünki "regionda demokratiyanın beşiyi" və "Rusiyanın əsas dayağı" çökür. Bu məntiqlə Dağlıq Qarabağ münaqişəsi yeni şərtlər daxilində Qərb və Rusiyanın ortaq problemi olmağa transfer edilir ki, onun həlli üçün də fərqli fəaliyyət tələb olunur. Ermənilər bununla bulanıq suda balıq tutmaqla Dağlıq Qarabağda işğalın ömrünü daha da uzada biləcəklərinə inanırlar.

Digər tərəfdən, Cənubi Qafqazda silahlı toqquşmalar yarada bilsələr, oradan İrana müdaxilə üçün əlavə bəhanə əldə edilir. Rəsmi Tehran son günlər region dövlətlərinə müraciət edərək bir-birinə hücum etməmək haqqında pakt imzalamağı təklif edib. N.Paşinyan isə əksinə, qonşu dövlətlərdən ən azı biri ilə (hələlik Azərbaycanla) müharibəyə səsləyən fikirlər söyləyir, addımlar atır. Məsələn, Ermənistandan Dağlıq Qarabağa Azərbaycandan icazə almadan yol çəkməyə çalışır və s. Bu, İrəvanın regiona müharibə ab-havası gətirməsi deyilmi? Əgər Ermənistanla Azərbaycan arasında müharibə yaransa, onda Tehranın təklifi havada qalır.

Burada daha bir məqamı da vurğulamalıyıq. Azərbaycan işğal altında olan ərazilərini istənilən üsulla azad etməkdə qərarlıdır. Lakin hər şeyin zamanı var və beynəlxalq hüquq normaları mövcuddur. Bu baxımdan Azərbaycanın hərbi əməliyyatlara başlaması beynəlxalq hüququn bütün şərtləri daxilində olacaq. O başqa məsələdir ki, erməni işğalçıları təxribat əsasında regionu qarışdıra bilər, kənar qüvvələrin buraya müdaxiləsi üçün bəhanə yaradar, bölgədə ixtilafın və terrorun vüsət almasına zəmin hazırlayacaq şantaj xarakterli silahlı toqquşma yaradar. Bu halda region sözün həqiqi mənasında alova, xaosa bürünər və proseslər bölgənin hər bir xalqına zərər verər. Məhz bu baxımdan N.Paşinyan bütün regionun ziyanına olan naşı siyasi mövqe tutmaqla hər bir xalq üçün ziyankar rolunu oynayır.

Bütün bunlar N.Paşinyanın Xankəndidəki fikirlərinin həm də erməni xalqı üçün faciələr hazırladığını təsdiq edir. Ermənistan müxalifəti onda haqlıdır ki, N.Paşinyan absurd fikirləri ilə insanları növbəti dəfə aldadır. Bunun arxasında isə öz xalqını şantaj etdiyi aydın görünür. Ermənistan heç zaman Dağlıq Qarabağı özünə qata bilməz və oradakı qanunsuz rejimin ömrü çox deyil.

Azərbaycan istənilən variantda öz torpaqlarını azad etmək hüququna malikdir və bunu kimsə inkar edə bilməz. Ermənistan isə elə gücdə deyil ki, işğal etdiyi ərazilərdən silahlı qüvvələrini, ümumiyyətlə, çəkməsin. Deməli, N.Paşinyan real olaraq regionda dağıdıcı siyasət yeridir. Onun kənar qüvvələrə quyruq bulaması məlum idi, indi isə açıq görünür ki, bu proses daha təhlükəli xarakter alır. Konkret desək, şeytanın Qafqazdakı marşına son verilməlidir!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb