İQTİSADİYYAT


Paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2,6 faiz artıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Yanvar-avqust aylarında paytaxt əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 3231,4 milyon manat olub.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2126,1 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 65,8 faizini təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0 faiz artaraq 2544,8 milyon manat olub. 2018-ci ilin yanvar-avqust ayları ərzində hər bir Bakı sakini orta hesabla ayda 163,9 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 5,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.