İQTİSADİYYAT


Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 90,9 faiz olub

Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 90,9 faiz olub

Bakı, 30 noyabr, AZƏRTAC

Cari ilin yanvar-oktyabr aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 64,4 milyard manat təşkil edib.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, sənaye məhsulunun 86 faizi mədənçıxarma, 12,2 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 90,9 faiz təşkil edib. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 95,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 4,7 faiz olub. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında noyabrın 1-nə 516,3 milyon manatlıq hazır məhsul ehtiyatı formalaşıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 54,4 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.