İQTİSADİYYAT
Paytaxtda 19 ünvanda piyada keçidinin təşkili nəzərdə tutulub
Bakı, 15 avqust, Elvin Camalov, AZƏRTAC
Bakı şəhərində piyada təhlükəsizliyi və piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə 19 ünvanda müxtəlif səviyyəli piyada keçidinin yeri müəyyən edilərək razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim olunub.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, piyada keçidlərinin əsasən sürət həddinin və nəqliyyat intensivliyinin yüksək olduğu Heydər Əliyev və Ziya Bünyadov prospektləri, Zağulba yolu, Salyan şosesi, Bakı-Ələt-Qazax, Bakı-Şamaxı-Yevlax avtomagistralları və digər şəhərətrafı yollarda təşkil edilməsi nəzərdə tutulub. Qeyd edilən ünvanlar Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin apardığı təhlillər və daxil olan vətəndaş müraciətləri əsasında müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]