CƏMİYYƏT


Paytaxtda mövsümü ağacəkmə aksiyaları davam etdirilir VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Mövsümlə əlaqədar Bakı şəhərinin müxtəlif ərazilərində kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri davam etdirilir.

Son vaxtlar Bakının flora müxtəlifliyinin artmasına baxmayaraq, şəhərin iqlim şəraitinə uyğunlaşmış aborigen ağac növlərinin sayı azalmaqdadır.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar oktyabrın 18-də paytaxtın “Nizami”, “Atatürk” və “Sahil” parklarında xüsusi rəng çalarları ilə seçilən Lənkəran akasiyası və Hind yasəməni əkilmiş, həmçinin əvvəllər əkilən ağacların qurumuş budaqları budanmışdır.

Görülən işlər paytaxt ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə təcrübəli landşaft mütəxəssisləri tərəfindən hazırlanmış şəhərin yaşıllıq planı üzrə aparılır.

Qeyd edək ki, yeni ağacların əkilməsi işlərində Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ilə yanaşı, “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri də fəal iştirak edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.