ELM VƏ TƏHSİL


Pedaqoji Kollecdə Hüseyn Cavid yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Bakı, 28 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük mütəfəkkir, şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə “Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” adlı ədəbi-bədii tədbir keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalq artisti Məmməd Səfanın rəhbərliyi ilə tələbələr tərəfindən Hüseyn Cavid yaradıcılığına həsr olunmuş kompozisiya təqdim edilib.

Kollecin foyesində ədibin yaradıcılığına həsr olunmuş sərgi təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.