DÜNYA


Pedro Kastilyo Perunun yeni prezidenti seçilib

Bakı, 11 iyun, AZƏRTAC

Peruda keçirilən prezident seçkilərində “Azad Peru” radikal solçu partiyasının nümayəndəsi Pedro Kastilyo qalib gəlib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Seçki Proseslərinin Milli Ofisi tərəfindən səsvermənin ikinci turunun protokollarının nəticələrinin açıqlanmasından sonra bildirilib.

Bülletenlərin təxminən 99,2 faizi hesablanıb. Nəticələrə əsasən Pedro Kastilyoya seçicilərin 50,1 faizi (8 800 081) səs verib. Ölkənin 6,3 milyondan çox seçicisi, yaxud səsvermə hüququ olan vətəndaşların 25 faizindən çoxu seçki məntəqələrinə gəlməyiblər.

Səlahiyyət müddəti beş il olan yeni seçilmiş prezident iyulun 28-də vəzifəsinin icrasına başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.