DÜNYA


Peruda hökumət əleyhinə nümayişlər davam edir

Peruda hökumət əleyhinə nümayişlər davam edir

Bakı, 21 yanvar, AZƏRTAC

Peruda ölkə boyu yayılan hökumət əleyhinə nümayişlərə polis müdaxilə edib, yaralananlar var.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, polis paytaxt Limada şüşə və daş atan nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Ölkənin cənubundakı Puno bölgəsində isə 1500-ə yaxın etirazçı polis bölməsinə hücum edib. Bu barədə daxili işlər naziri Visente Romero mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, Zepita şəhərində polis bölməsi də yandırılıb.

Peru ombudsmanının hesabatına görə, ötən gün günortadan sonra ölkə boyu nümayişlər zamanı 58 nəfər yaralanıb.

Minlərlə etirazçı hökumət dəyişikliyi tələb edir. Ötən gün açıqlanan məlumata görə, bu nümayişlərdə ölənlərin sayı 45-ə çatıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.