ELM VƏ TƏHSİL


Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir

Bakı, 13 avqust, AZƏRTAC

2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə tələbə qəbulu davam edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ümumi və ya tam orta təhsil bazasını bitirən və peşə təhsili almaq istəyən şəxslər avqustun 24-dək https://qebul.vet.edu.az/  platforması vasitəsilə ödənişsiz qaydada qeydiyyatdan keçməlidirlər.

Tələbə qəbulunun ilk üç günü ərzində 4407 şəxs elektron platformada hesab açıb, 2665 şəxs isə tam olaraq qeydiyyatını yekunlaşdırıb. Ümumilikdə 2020-2021-ci tədris ili üzrə 18260 yer ayrılıb. Onlardan 11040-ı dövlət vəsaiti hesablı, 7220-si ödənişlidir. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmaqdadır.

İlk dəfə olaraq cari tədris ilində tələbə qəbul prosesin çərçivəsində ikili proqramlar tətbiq edilir. Bu da öz növbəsində tədris prosesinin işəgötürənlərlə birgə təşkilini nəzərdə tutur.

Qeyd edək ki, peşə təhsil pilləsinə qəbul çərçivəsində 2018-ci il aprelin 24-dən etibarən qüvvəyə minmiş peşə təhsili haqqında qanuna əsasən peşə təhsil müəssisələrində yüksək texniki peşə (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun da aparılması nəzərdə tutulur.

Qeydiyyat təlimatına keçid: https://bit.ly/2CmYdCk .

Qəbul planı (ixtisaslar və müəssisələr): https://bit.ly/3fVrYbh .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.