Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152) aşağıdakı dəyişikliklər edilsin:

1. 9.10-cu maddəyə “Ali təhsil” sözlərindən sonra “və orta ixtisas təhsili” sözləri əlavə edilsin.

2. 13.8-ci maddəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

“Peşə təhsili müəssisələrində tam orta təhsil üzrə təhsilverənlərin sertifikatlaşdırılması, digər işçilərin isə attestasiyası keçirilir.”.

3. 14.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“14.5. İlk peşə təhsilini bitirən məzunlara ilk, texniki peşə təhsilini bitirən məzunlara texniki, yüksək texniki peşə təhsilini bitirən məzunlara isə subbakalavr peşə-ixtisas dərəcəsi verilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 mart 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin