ELM VƏ TƏHSİL


Peşə təhsili üzrə teledərslərin yayımlanma müddəti uzadılıb

Bakı, 2 iyul, AZƏRTAC

COVID-19 pandemiyası peşə təhsilində də alternativ tədris və təlim metodlarını nəzərdən keçirməyi zəruri etdi. Bununla bağlı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi bir sıra peşə və ixtisaslar üzrə videodərslər hazırlayır. Həftənin I və V günləri “Mədəniyyət” telekanalında peşə təhsili pilləsi üzrə “Dərs vaxtı” verilişi yayımlanır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ictimaiyyət tərəfindən göstərilən marağı nəzərə alaraq, peşə təhsili pilləsi üzrə “Dərs vaxtı” verilişinin yayımlanma müddəti iyulun 20-dək uzadılıb.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri agentliyin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından izləyə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.