ELM VƏ TƏHSİL


“Peşəkar ol” proqramı əsasında ilk təlimlər BSU-da keçiriləcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi 2017-ci ildən “Peşəkar ol” layihəsini davam etdirir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, cari il üçün daxil olan müraciətlər əsasında ilk təlimlərin Bakı Slavyan Universitetinin (BSU) tələbələri üçün keçirilməsi planlaşdırılır. Belə ki, BSU-nun Pedaqoji fakültələrində təhsil alan sonuncu kurs bakalavr və magistr tələbələri üçün “Peşəkar ol” proqramı əsasında təlimlərə start veriləcək.

Sentyabrın 21-dən etibarən keçiriləcək təlim proqramı 12 akademik saatı əhatə edir.

Təlimlərin keçirilməsində məqsəd yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək göstərməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.