İQTİSADİYYAT
Pirallahı qəsəbəsində yeni “Yaşıl park” salınır
Bakı, 18 aprel, AZƏRTAC
Pirallahı qəsəbəsi, 40-cı məhəllədə ümumi sahəsi 1 hektaradək olan ərazidə yeni “Yaşıl park” salınır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, parkın ərazisində landşaft kompozisiyaları düzəldilib, yeni həmişəyaşıl və dekorativ ağaclar əkilib.
Layihəyə uyğun olaraq parkda gecə işıq dirəkləri, söhbətgahlar və uşaq oyun meydançaları quraşdırılıb. Həmçinin ərazidə metal konstruksiyadan kafe və ticarət mərkəzinin inşası aparılır.
Bundan başqa, qəsəbə ərazisində “Yaşıl bazar”ın tikintisi, eləcə də, S.Vurğun, K.Rzayev, İ.Fioletov küçələrində, mərkəzi yol kənarında qeyri-yaşayış obyektlərinin inşası davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]