REGİONLAR
Pirsaat su anbarında suyun səviyyəsi qalxıb
Hacıqabul, 18 oktyabr, Mahir Babayev, AZƏRTAC
Hacıqabul rayonundakı Pirsaat su anbarında suyun səviyyəsi qalxıb.
AZƏRTAC xəbər verir ki, son günlər aramsız yağan yağışlar nəticəsində Pirsaat və ona qovuşan digər dağ çaylarının sululuğu artıb. Bu səbəbdən də rayonun Pirsaat kəndi ərazisində eyniadlı çayın üzərində yerləşən su anbarında suyun səviyyəsi kəskin qalxıb, anbarın ətraf əraziləri və kəndə gedən yolun üzərindəki körpü su altında qalıb.
Hacıqabul Rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasından AZƏRTAC-a bildirilib ki, yaranmış vəziyyətlə əlaqədar əraziyə texnika və canlı qüvvə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [12:39]
Şəkinin ipəkçilik laboratoriyasından reportaj
- 07.05.2024 [10:55]
Xınalığa qar yağır VİDEO
- 06.05.2024 [22:12]
Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib
- 06.05.2024 [21:05]
Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO
- 06.05.2024 [20:42]