REGİONLAR


Poliatlon çoxnövçülüyü üzrə Bərdə rayon birinciliyinin qalibləri müəyyənləşib

Bərdə, 27 sentyabr, AZƏRTAC

Bərdə rayonunun ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə birinciliyin qalibləri müəyyənləşib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə Bərdə şəhər 4 nömrəli tam orta məktəbdə keçirilən yarışda 13 ümumtəhsil məktəbin komandası iştirak edib.

Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Aydın Qasımov və Təhsil Şöbəsinin metodisti Anar Rəsulov gənclərin ordu sıralarına hazırlanmasında və vətənpərvərlik ruhunun yüksəldilməsində ölkəmizdə və eləcə də Bərdə rayonunda görülən işlərdən danışıb, yarışın əhəmiyyətini qeyd ediblər.

Məktəblilər 100 metr məsafəyə qaçış, qumbara atmaq, güllə atıcılığı və turnikdə dartınma üzrə mübarizə aparıblar. Birinciliyin yekun nəticələrinə əsasən, I yerə Kətəlparaq kənd tam orta məktəbinin komandası, II yerə Bərdə şəhər 4 nömrəli tam orta məktəbinin komandası, III yerə isə 8 nömrəli tam orta məktəbin komandası layiq görülüb.

Qalib komandalar və mərhələlərdə ən yüksək nəticə göstərmiş komanda üzvləri Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.