REGİONLAR


Poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının finalında 15 komanda yarışacaq VİDEO

Xaçmaz, 20 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz Olimpiya İdman Kompleksində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə zona çempionatının qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, çempionatda 11 rayonu təmsil edən komandanın tərkibində 60-a yaxın gənc qalib adı uğrunda mübarizə aparıb.

Birincilik çağırış və çağırış yaşına qədərki gənclərin hərbi hazırlığının artırılması və onların ordu sıralarında xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə orta məktəblərin X-XI sinif şagirdləri arasında keçirilib.

Komandalar çempionatın proqramına uyğun olaraq 100 və 2 min metr məsafəyə qaçış, turnikdə dartınma, qumbara atma mərhələləri üzrə yarışıblar.

Çempionatın yekun nəticəsinə əsasən, Xaçmaz komandası I yeri qazanaraq, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə zona çempionatının qalibi olub. Şabran məktəbliləri II, Şirvan komandası isə III yeri tutub.

İlk 3 yeri qazanan komandalar final mərhələsində iştirak hüququ qazanıblar, qalib məktəblilər diplomlarla təltif olunublar.

Yarışın final mərhələsi oktyabrın 27 Xaçmazda təşkil olunacaq. Əsas mərhələdə Bakı, Cəlilabad, Mingəçevir, İsmayıllı və Xaçmazı təmsil edən 15 komanda yarışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.