Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Politoloq: Təcrübə sübut edir ki, Azərbaycan Prezidentinin tutduğu mövqe perspektivli və səmərəlidir

Politoloq: Təcrübə sübut edir ki, Azərbaycan Prezidentinin tutduğu mövqe perspektivli və səmərəlidir

Bakı, 15 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə illər ərzində Azərbaycanın beynəlxalq münasibətlər sisteminin aktorları kimi individual olaraq dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq üzərində qurulan uğurlu münasibətləri ölkəmizin regionda yaratmış olduğu mövcud reallığa olduqca böyük töhfə verdi. Postmüharibə dövrü də ən az müharibə dövrü qədər bu münasibətlərə həssas, sistemli və düşünülmüş yanaşma tələb edirdi. Bu mərhələdə də çoxşaxəli və mürəkkəb kombinasiyaların fonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təmkinli mövqe sərgiləyərək bölgədə sülhün bərqərar olması, sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanması üçün bütün tərəflərlə təmaslara, bərabərhüquqlu müstəvidə danışıqlara hazır və təşəbbüslərə açıq müstəqil siyasət yürüdən bir ölkə kimi xarakterizə edilir. Sual qaldırsaq ki, Azərbaycan tərəf olaraq bütün görüşlərə və danışıqlara necə gedir? Əsas məsələ ondan ibarətdir ki, Prezident İlham Əliyev postmüharibə dövründə reallaşdırdığı hər səfərə, getdiyi hər görüşə böyük üstünlüklə gedib. Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Qələbə qazanması dövlətimizin başçısının Brüssel görüşünə də ölkəmizin böyük üstünlüklə getməsini təmin etdi. Deməli, Azərbaycanın haqlı mövqeyi sistematik olaraq qəbul etdirilir və qəbul olunur. Prezident İlham Əliyevin Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçikaya reallaşdırdığı işgüzar səfər çərçivəsində bir sıra mühüm çıxışlar, bu çıxışlardan irəli gələn məsələlər və ən əsası Avropa İttifaqı vasitəsilə üçtərəfli görüşün nəticəsinə dair bəyanat mövcuddur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq qeyd edib: “Ümumilikdə mənzərə ondan ibarətdir ki, Avropa İttifaqı (Aİ) regionda təşəbbüsü əldən verməməkdə qərarlıdır. İlk dəfə idi ki, postmüharibə dövründə Aİ-nin vasitəçiliyi ilə görüş baş tutdu və bəyanat yayıldı. Gündəlikdə duran bir nömrəli məsələ, heç şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasından ibarətdir. Azərbaycan tərəfi dəfələrlə ən ali kürsülərdən bildirib ki, münaqişə artıq keçmişdə qalıb, səhifəni çevirib, gələcəyə baxmaq zamanıdır. Bəyanatın ən önəmli hissəsi ondan ibarətdir ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış etdi. Məhz bu çağırış Azərbaycanın mövqeyinin bir daha təsdiq olunması deməkdir. Bir digər xüsusi amil və tarixi məsələ odur ki, Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Aİ açıq şəkildə Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstəyini bildirir. Azərbaycanın istəyi odur ki, 2020-ci il noyabrın 10-da, 2021-ci il yanvarın 11-də və noyabrın 26-da keçirilən görüşləri və imzalanan bəyanatlardan irəli gələn öhdəliklər yerinə yetirilsin. Avropa İttifaqının da bu amilə çağırış etməsi göstərir ki, Aİ ilə Azərbaycanın mövqeyi üst-üstə düşür”.

“Aİ Azərbaycanın mina təmizləmə səylərinə dəstək verəcəyini bildirib. Belə ki, bəyanatda humanitar minatəmizləmə səylərinə dəstək ifadə edilir. Bəyanatda Azərbaycan tərəfini olduqca qane edən bir xüsusi məqam da mövcuddur. Nəzərə alsaq ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən itkin düşmüş 4 mindən artıq şəxsin taleyi haqqında hələ də məlumat mövcud deyil, ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunur. Aİ-nin Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyini ifadə etməsi də olduqca mühüm məsələdir. Çünki indiyə qədər Azərbaycan bütün işləri öz resursları hesabına görüb. Eyni zamanda, qurum sərhədlərin demarkasiyası və delimitasiyası məsələsini məşvərətçi statusda dəstəkləyəcək. Deməli, Ermənistana hərtərəfli təzyiq mövcuddur ki, digər məsələlər üçün açar qismində çıxış edən demarkasiyası və delimitasiyası məsələsi vaxt itirilmədən həll olunsun”, - deyə politoloq əlavə edib.

Ş.Həsənova bildirib ki, nəqliyyat və kommunikasiyaların açılması Ermənistanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikdir. Ermənistana bu öhdəlik Brüsseldə də xatırladıldı və orada da məcbur edildi ki, Zəngəzur dəhlizi açılsın. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Ermənistan dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Aİ regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına dəstəyini ifadə edib. Diqqət çəkən məqam ondan ibarətdir ki, Aİ hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini bildirir. Kommunikasiyaların açılması ilə bağlı NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirilən birgə mətbuat konfransından danışan politoloq deyib: “Prezident İlham Əliyev açıq şəkildə dedi ki, əgər Ermənistan Zəngəzur dəhlizində gömrük postu qurmaq istəsə, Laçın yolunda da eyni addım atılacaq. Düşünürəm ki, bu, çox yerində vurğulanmış bir məsələdir. Azərbaycan bu işdə prinsipialdır. Görünən odur, Nikol Paşinyana aydın şəkildə başa saldılar ki, mövcud reallığa utopik yanaşma sərgiləməsin, daha real və soyuq başla baxsın, Zəngəzur dəhlizində gömrük postu qurmaq xəyallarından əl çəksin”.

Bütün bu amillərin ölkəmizin haqlı mövqeyini bir daha təsdiqlədiyini vurğulayan Ş.Həsənova deyib: “Bu, Azərbaycan Prezidentinin növbəti qələbəsidir. Prezident İlham Əliyev daha öncə də çıxışlarında dəfələrlə bildirmişdi ki, Ermənistan xoşluqla Zəngəzur dəhlizinin açılmasına razılıq verməsə, Azərbaycan buna güc tətbiq edərək nail olacaq. Qətiyyət, prinsipiallıq, diplomatik addımlar yenə də öz nəticəsini verdi. Çünki rəsmi İrəvan cidd-cəhdlə çalışırdı ki, dəhliz açılmasın. İndi isə Azərbaycanın yaratdığı reallıqla barışmaqdan başqa alternativin mövcud olmadığını dərk etdi.

Azərbaycanın bu uğurlu mövqeyinin bazasında müstəqil dövlət statusunda bərabərhüquqlu tərəfdaşlıq üzərində qurduğu qarşılıqlı faydalı əməkdaşlıq xətti dayanır. Təcrübə sübut edir ki, Azərbaycan Prezidentinin tutduğu mövqe perspektivli, reallığa uyğun və ən əsası isə səmərəlidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb