İDMAN


Polşa klubu Almaniya millisinin sabiq futbolçusu ilə müqaviləni yeniləyib

Bakı, 20 may, AZƏRTAC

Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski Polşanın “Qurnik” klubu ilə müqaviləni yeniləyib.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Otuz yeddi yaşlı hücumçunun sözləşməsi 2023-cü ilin yayınadək uzadılıb.

Qeyd edək ki, əslən polşalı olan Podolski 2021-ci ildən “Qurnik”də çıxış edir. O, bu mövsüm Polşa çempionatında 27 oyuna 9 qol vurub, 4 məhsuldar ötürmə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.