CƏMİYYƏT


Polşa qabanların miqrasiyasının qarşısını almaqdan ötrü sərhəddə hasar tikir

Varşava, 14 mart, AZƏRTAC

Polşa qabanların miqrasiyasının qarşısını almaqdan ötrü sərhəddə hasar tikir. Hökumətin qərar layihəsinə əsasən, hasar Kalininqrad vilayəti, Litva, Belarus və Ukrayna sərhədi boyunca uzanacaq.

AZƏRTAC xəbər verir ki, bu ilin dekabrında Polşanın şərq sərhədlərində hasarın tikintisinə başlanılacaq. Bu, heyvanlar üçün ölüm təhlükəsi yaradan Afrika taununa qarşı mübarizə elementidir. Hasarın ümumi uzunluğu 1200 kilometrdən çox olacaq.

Sərmayənin ilkin dəyəri 235 milyon zlota qiymətləndirilib.

Layihəyə əsasən, hasar 2020-ci ilin sonuna hazır olacaq. İndiyədək Polşada donuzların Afrika taununa 1500-dən artıq yoluxma faktı qeydə alınıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.