Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Polşanın Varşava şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Şəhla Kazımovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə vətənimiz Azərbaycanın sabitlik, əmin-amanlıq və rifah içində yaşayan ölkə olaraq daha da inkişaf etməsini arzulayırıq.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, həmvətənlərimizə sülh və firavanlıq diləyirik.

Dərin hörmət və ehtiramla,

Şəhla Kazımova

Polşanın Varşava şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin