DÜNYA
Portuqaliya Ukraynaya humanitar yardım üçün 1,1 milyon avro ayıracaq
Lissabon, 6 may, AZƏRTAC
Portuqaliya Ukraynaya humanitar yardım üçün 2,1 milyon avro məbləğində vəsait ayırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Varşavada keçirilən Ukraynaya yardım üçün donorların beynəlxalq konfransda çıxış edən Portuqaliyanın Baş naziri Antoniu Koşta məlumat verib.
A.Koşta bildirib ki, Portuqaliya BMT-nin humanitar yardımı üçün 1 milyon avro, Ukraynaya humanitar yardım üçün əlavə 1,1 milyon avro olmaqla ümumilikdə 2,1 milyon avro maliyyə yardımı göstərəcək. Portuqaliyanın Baş naziri bildirib ki, ölkə artıq 35 min ukraynalı qaçqını qəbul edib.
Ukraynanın Baş nazirinin dəvəti ilə Antonio Koşta yaxın vaxtlarda Kiyevə səfər edəcək və Prezident Volodimir Zelenski ilə görüşəcək.
Polşanın Baş naziri Mateuş Moravetskinin sözlərinə görə, Varşavada keçirilən Ukraynaya yardım üçün donorların beynəlxalq konfransında 6,5 milyard dollar (6,15 milyard avro) məbləğində vəsait toplanıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon