RƏSMİ XRONİKA


Prezident İlham Əliyev Ağstafada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişdirVİDEO

Bakı, 5 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində iyulun 5-də Ağstafa rayonuna gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə Ağstafa şəhərinin mərkəzindəki Heydər Parkında xalqımızın Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoydu.

Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycan Prezidentinə Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq işləri barədə məlumat verdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin